İran Prezidenti: ABŞ ilə dolayı yolla danışıqlara hazırıq

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə birbaşa danışıqları rədd etsə də, dolayı yolla dialoqa açıq olduqlarını bildirib.
Crossmedia.az “ISNA”-ya istinadən xəbər verir ki, Pezeşkian bu gün Nazirlər Kabinetinin iclasında çıxışı zamanı ABŞ Prezidenti Donald Trampın məktubuna cavabın Oman vasitəsilə göndərildiyini açıqlayıb.
O qeyd edib ki, cavabda birbaşa danışıqların mümkünsüz olduğu bildirilir, lakin dolayı yolla müzakirələrə yol açıqdır.
İranın heç vaxt danışıqlardan qaçmadığını vurğulayan ölkə başçısı əsas problemin öhdəliklərin pozulması olduğunu deyib. “Bu məsələdə etimadı bərpa etmək və öhdəliklərə əməl etmək lazımdır”, – Pezeşkian əlavə edib.
18:54 30.03.2025
Oxunuş sayı: 1202