Zelenskinin ikinci Prezidentlik müddətinə namizədliyi üçün hazırlıqlar başlayıb
Ukraynada hazırda Prezident Volodimir Zelenskinin ikinci müddətə namizədliyi üçün ciddi hazırlıqlar gedir.
Crossmedia.az xəbər verir ki, keçən həftə Zelenski atəşkəsdən sonra komandasına seçkilərə hazırlaşmaq tapşırığı verib. Bunun ilk təsdiqi mayın 5-də baş verə bilər. Mayın 8-də başa çatacaq hərbi vəziyyətlə bağlı Ali Radada səsvermə keçiriləcək. Onun ləğvi seçkilərin keçirilməsinə imkan yaradacaq.
Mənbələrin məlumatına görə, prezident seçkiləri iyulun əvvəlinə planlaşdırılır.
18:39 30.03.2025
Oxunuş sayı: 1515