ABŞ Tayvana F-16 döyüş təyyarəsi göndərib

ABŞ-nin "Lockheed Martin" korporasiyası Tayvana ilk F-16C/D Block 70 qırıcısını verib.
Crossmedia.az "Taipei Times" qəzetinə istinadən xəbər verir ki, döyüş təyyarəsinin təhvil verilməsi korporasiyanın Cənubi Karolina ştatının Qrinvil şəhərindəki zavodunda baş tutub. Taybeyə təhvil verilən qırıcı 2019-cu ildə ABŞ Prezidenti Donald Trampın birinci hakimiyyəti dövründə Vaşinqton tərəfindən təsdiqlənmiş adaya silah satışı paketi çərçivəsində Tayvana veriləcək 66 yeni model F-16 təyyarəsindən biridir. Taybeyin bu təyyarələrdən birincisini 2023-cü ildə alacağı gözlənilsə də, çatdırılma bir sıra səbəblərə görə gecikib.
2026-cı ilin sonuna qədər 66 qırıcının təhvil veriləcəyi bildirilir.
Birləşmiş Ştatlar “vahid Çin” siyasətini tanımaqla yanaşı, Taybey administrasiyası ilə əlaqə saxlamağa və ona silah satmağa davam edir.
18:21 30.03.2025
Oxunuş sayı: 1238