Avropanın raket uğursuzluğu – Canlı yayımda devrildi

Avropadan buraxılan ilk orbital raket uğursuzluğa düçar olub. Spectrum adlı raket Norveçin Andoya kosmodromundan buraxıldıqdan bir neçə saniyə sonra güclü partlayış səsi ilə yerə çırpılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Isar Aerospeys şirkəti tərəfindən hazırlanmış bu raketin uğursuzluğu, məlumata görə, Avropanın yeni kosmik iqtisadiyyat qurmaq səylərinə ciddi zərbə vurub.
Hadisə YouTube platformasında canlı yayımlanıb və görüntülərdə raketin buraxıldıqdan dərhal sonra idarəetməni itirərək yerə düşdüyü müşahidə olunub.
Mədinə Cəlilova
17:55 30.03.2025
Oxunuş sayı: 1416