Ukrayna Putini sülh yolunu pozmaqda ittiham edir

Rusiya Prezidenti Vladimir Putin Ukraynada BMT-nin dəstəyi ilə müvəqqəti hökumətin qurulmasını təklif edib. Onun sözlərinə görə, bundan sonra seçkilər keçirilməli və hakimiyyət "bacarıqlı hökumətə" təhvil verilməlidir ki, bu da sülh danışıqlarına yol açsın.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Avropa liderləri Rusiyaya daha çox təzyiq göstərməyin vacibliyini vurğulayıblar. Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbəri Rusiyanı müharibəni davam etdirməklə sülh yolunu pozmağa çalışmaqda ittiham edib.
Xumar Emilqızı
23:10 28.03.2025
Oxunuş sayı: 1451