İtaliyanın baş naziri Trampın tənqidlərinə haqq qazandırdı

İtaliyanın baş naziri Corca Meloni ABŞ prezidenti Donald Trampın və onun administrasiyasının Avropaya yönəltdiyi tənqidləri qismən haqlı hesab etdiyini bildirib.
Crossmedia.az-ın xəbərinə görə, Financial Times-a verdiyi müsahibədə Meloni vurğulayıb ki, Vaşinqtonun iradları avropalı vətəndaşlara deyil, “idarəedici elitalara” yönəlib.
O, ABŞ və Avropa İttifaqı (Aİ) arasında əlaqələrin möhkəmlənməsi üçün “körpü” rolunu oynamağa hazır olduğunu deyib.
İtaliyanın sağçı “İtaliyanın Qardaşları” partiyasının lideri həmçinin ABŞ-ın vitse-prezidenti Cey Di Vənsin Avropanı söz azadlığına və demokratik dəyərlərə hörmətsizlikdə ittiham etməsinə də münasibət bildirib və bu fikirlərlə razı olduğunu qeyd edib.
“Deməliyəm ki, razıyam. Mən bunu illərdir deyirəm. Avropa bir az azıb”, – deyə Meloni vurğulayıb.
İtaliya baş nazirinin sözlərinə görə, o, ideologiyanın insanlara zorla sırınmasına qarşıdır və Avropanın mövcud reallıqları dərk edib doğru həll yolları tapmasının vacibliyini müdafiə edir.
22:20 28.03.2025
Oxunuş sayı: 1115