Putin Şimali Koreyanı sülh danışıqlarına qoşmaq istəyir

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyanın (KXDR) sülh danışıqlarına cəlb olunmasını istəyir.
Crossmedia.az bildirir ki, Moskva Pxenyanın danışıqlarda iştirakını vacib hesab edir və bu istiqamətdə addımlar atmağı planlaşdırır. Lakin Şimali Koreyanın hansı formatda və hansı şərtlərlə danışıqlara qoşulacağı barədə hələ ki, ətraflı məlumat verilmir.
Qeyd edək ki, son aylarda Rusiya və Şimali Koreya arasında münasibətlər güclənib. Ötən il Putin və Kim Çen In bir neçə dəfə görüş keçirib və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.
Fidan Xəlilova
20:18 28.03.2025
Oxunuş sayı: 1345