Ankarada ağır qəza: 6 ölü, 3 yaralı

Ramazan Bayramına iki gün qalmış Ankaradan acı xəbər baş verib. Haymana rayonunda səhər saatlarında Konya yolu Çalış məntəqəsində baş verən qəzada iki avtomobilin toqquşması nəticəsində 6 nəfər həyatını itirib, 3 nəfər isə ağır yaralanıb. Ölənlər arasında 2 uşaq da var.
Crossmedia.az xəbər verir ki, bu barədə Trt Haber məlumat yayıb.
Belə ki, hadisə hatalı ötmə səbəbindən baş verib. Qəza yerinə çox sayda təcili tibbi yardım və yol patrul xidməti əməkdaşları cəlb edilib. Yaralıların vəziyyəti ağırdır.
Fatimə Məmmədova
16:30 28.03.2025
Oxunuş sayı: 1288