Tramp İrana nüvə sazişi üçün 2 ay vaxt verib

ABŞ prezidenti Donald Tramp İranın ali dini lideri Əli Xamneyiyə ünvanladığı məktubda, İranın nüvə proqramı ilə bağlı yeni sazişin bağlanması üçün Tehrana iki ay vaxt verib.
Crossmedia xəbər verir ki, bu haqda Axios mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, martın 7-də Tramp öz “Truth” səhifəsində Xamneyiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqlar aparmağı təklif edən məktub önvanladığını yaıb.
İran lideri isə Trampın bu bəyanatını şərh edərkən ölkəsinin ABŞ-la dialoqa getməyəcəyini deyib
00:32 20.03.2025
Oxunuş sayı: 752