Ərdoğan: "13 məhsul üzrə ixracatda dünyanın ilk 3 ölkəsi sırasındayıq"

Trürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Beştəpə Millət Sərgi Salonunda təşkil edilən iftar proqramında mühüm açıqlamalar verib.
Crossmedia.az türk mediasına istinadən xəbər verir ki, Ərdoğan, fermerlərə 37 milyard lirəlik yeni qrant dəstəyi veriləcəyini bildirib və kənd təsərrüfatına yönəlik dəstək və təşviqləri vurğulayıb.
O, son 22 ildə kənd təsərrüfatına 2 trilyon 70 milyard lirə dəstək verildiyini qeyd edərək, 2025-ci ildə bu rəqəmin 4 milyard lirə olacağını açıqlayıb.
Prezident, həmçinin, kənd təsərrüfatı sektorunun dünya üzrə əhəmiyyətli mövqeyə çatdığını, xüsusilə tərəvəz və meyvə istehsalında dünyada 4-cü, mal-qara istehsalında isə Avropada birinci olduqlarını vurğulayıb. Türkiyənin kənd təsərrüfatı sahəsində son 22 ildə 110 milyard dollarlıq xarici ticarət profisiti əldə etdiyini bildirən Ərdoğan, 13 məhsul üzrə dünyada ilk üç ölkə arasında yer aldıqlarını qeyd edib.
Bununla yanaşı, Ərdoğan Ramazan ayında bazar qiymətləri və saxta məhsullara qarşı mübarizənin davam edəcəyini açıqlayıb və fermerlərin dövlət dəstəyi ilə innovasiyalar tətbiq edərək məhsullarını qoruyacaqlarını bildirib. 2025-ci ildə kənd təsərrüfatı sektoruna 18,5 milyard lirəlik dəstək ayrılacağını və 10 min nəfərin işlə təmin ediləcəyini qeyd edib. Bu təşəbbüslərlə yanaşı, 5 il ərzində fermerlərə 1 milyard dollar (37 milyard lirə) qrant veriləcəyi və bunun 250 milyon dollarının zəlzələ zonasına ayrılacağı açıqlanıb.
22:36 19.03.2025
Oxunuş sayı: 490