Azərbaycanda 21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ təsdiqlənib

Azərbaycanda 21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ təsdiqlənib.
Crossmedia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Bildirilib ki, mülki odlu silah əldə etmək hüququ üçün qoyulan yaş həddi əvvəllər 18 idi.
Qeyd edək ki, ölkədə xidməti və mülki silahı əldə etmək hüququ olan subyektlərin sırasına xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanlarının və hüquqi şəxslər, xidməti və mülki silahın işlənib hazırlanması, sınaqdan keçirilməsi, istehsalı ilə və ya silahın satışı ilə məşğul olan müəssisələr, idman və ovçuluq cəmiyyətləri və təhsil müəssisələri aiddir.
17:20 19.03.2025
Oxunuş sayı: 1180