FBI, Trampa sui-qəsd etməyə cəhd edən şəxsin internet axtarış tarixçəsini açıqladı

ABŞ Federal Təhqiqat Bürosu (FBI), keçmiş prezident və 2024 seçkilərində Respublikaçı Partiyanın namizədi Donald Trampa qarşı sui-qəsdə cəhd göstərən şəxsin internet axtarış tarixçəsini açıqlayıb.
Crossmedia.az ABŞ rəsmilərinə istinadən xəbər verir ki, 20 yaşlı hücumçu Tomas Krooksun təkbaşına hərəkət etdiyini və xarici müdaxilə əlamətlərinin olmadığını bildiriblər. FBI nümayəndələri hücumun səbəbi ilə bağlı dəqiq nəticəyə gəlmədiklərini və Krooksun “fərqli ideologiyaların qarışığına” sahib olduğunu qeyd ediblər.
FBI, Kroksun istifadə etdiyi silahın və avtomobilində tapılan əl istehsalı partlayıcıların fotolarını da yayımlayıb. Araşdırmalara görə, Kroks 2023-cü ilin sentyabr ayından etibarən Trampın seçki kampaniyası tədbirləri ilə bağlı internetdə axtarış aparmağa başlamışdı.
13 iyulda Pennsilvaniyada Trampa qarşı sui-qəsd cəhdi zamanı bir nəfər ölüb, iki nəfər ağır yaralanıb. Hadisə zamanı bir güllə Trampın qulağını sıyıraraq keçib.
Mədinə Cəlilova
16:38 19.03.2025
Oxunuş sayı: 704