ABŞ Kennedi sui-qəsdi ilə bağlı son məxfi sənədləri açıqladı

ABŞ hökuməti, 1963-cü ildə baş verən Con F. Kennedi sui-qəsdi ilə bağlı son məxfi sənədləri ictimaiyyətə açdı.
Crossmedia.az ABŞ mediasına istinadən xəbər verir ki, keçmiş prezident Donald Tramp, yanvar ayında imzaladığı fərmanla Con F. Kennedi, Robert F. Kennedi və Martin Lüter Kinqin sui-qəsdlərinə dair sənədlərin açıqlanmasına qərar vermişdi. Tramp, 80 min səhifəlik sənədin tam açıqlanacağını bildirsə də, bəzi hissələrin hələ də redaktə edildiyi və ya keyfiyyətsiz olduğu qeyd olunur.
Kennedi 22 noyabr 1963-cü ildə Texasın Dallas şəhərində açıq avtomobildə güllələnmişdi. Şübhəli Li Harvi Osvald həbs edilsə də, iki gün sonra Cek Rubi tərəfindən öldürülmüşdü. 1964-cü ildə Uorren Komissiyası Osvaldın təkbaşına hərəkət etdiyi qənaətinə gəlmişdi, lakin illərdir müxtəlif konspirasiya nəzəriyyələri gündəmdə qalır.
ABŞ Milli Arxivlərində Kennedi sui-qəsdi ilə bağlı təxminən 5 milyon sənəd olduğu və onların 97%-nin artıq açıqlandığı bildirilir. Tramp, qalan sənədlərin məxfi qalmasının “ictimai maraqlara uyğun olmadığını” vurğulayıb.
Mədinə Cəlilova
16:08 19.03.2025
Oxunuş sayı: 678