NBC News: “Tramp ABŞ-nin Avropadakı NATO qüvvələrinə komandanlığından imtina etmək niyyətindədir”

Pentaqon ABŞ silahlı qüvvələrinin döyüş komandanlığı və qərargahında əhəmiyyətli yenidənqurma işləri aparır.
Crossmedia.az Müdafiə departamenti rəsmisinin sözlərinə istinadən xəbər verir ki, nəzərdən keçirilən planlardan biri ABŞ-ın NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı - SACEUR kimi tanınan rolundan imtina etməsini əhatə edəcək.
Şərtlər hələ müəyyən edilməyib. Hazırkı SACEUR olan general Kristofer Kavoli bu yay üç illik səlahiyyət müddətini başa vurur.
15:39 19.03.2025
Oxunuş sayı: 961