Zelenski: Ukrayna Rusiyaya qalib gələcək

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın müharibədə qələbə qazanacağına əmin olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, o, ölkəsinin hazırda Rusiya tərəfindən işğal olunan əraziləri tanımayacağını vurğulayıb.Zelenski ədalətli və ləyaqətli sülhə nail olmağın vacibliyini qeyd edib və bu prosesdə Ukraynanın iştirakının zəruri olduğunu bildirib:
“Biz bu müharibədə qələbə qazanacağıq. Ukraynasız ədalətli sülh mümkün deyil. Mən inanıram ki, bu il müharibənin ləyaqətli sülhlə başa çatdırılması mümkündür”.
Bundan əlavə, Ukrayna lideri bu gün ABŞ-nin prezidenti Donald Trampla telefon danışığı aparacağını açıqlayıb. Görüş zamanı Trampın Rusiya Prezidenti Vladimr Putinlə son söhbətinin detalları müzakirə olunacaq.
Qeyd edək ki, bundan əvvəl Rusiya və Ukrayna arasında atəşkəs barədə razılıq əldə olunsa da, Rusiya qüvvələri Ukraynanın infrastrukturuna hücum edib. Bu hadisə Kiyevin ciddi narahatlığına səbəb olub.Həmçinin görüşdən sonra Zelenskinin Ukraynanın gələcək addımları ilə bağlı yeni açıqlamalar verməsi gözlənilir.
Fidan Xəlilova
14:58 19.03.2025
Oxunuş sayı: 1013