Devlet Bahçeli: “Heç kim toxunulmaz və əlçatmaz deyil”

Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli bildirib ki, heç kim toxunulmaz, əlçatmaz və ya cavabdehsiz deyil.
Crossmedia.az türk mətbuatına istinadən xəbər verir ki, Əkrəm İmamoğlu ilə bağlı məhkəmə qərarına səbir və sağlam düşüncə ilə yanaşmağın vacib olduğunu vurğulayan Bahçeli, qanunun verdiyi hər qərara hörmət etməyin ortaq məsuliyyət olduğunu qeyd edib.
O, məhkəmənin qanuni tədbirlərini çevriliş kimi təqdim etməyin və hüquq axtarışı adı altında küçələrə çıxmağa hazırlaşmağın siyasi fəsad olduğunu bildirib.
“Mən Türkiyə məhkəmə sisteminə tam güvənirəm. Təqsirsizlik məhkəmə tərəfindən sübuta yetirilənə qədər əsas prinsip olmalıdır”, – deyə Bahçeli əlavə edib.
14:07 19.03.2025
Oxunuş sayı: 963