Türk lirəsi tarixi minimuma düşdü

Türkiyə valyutası yeni tarixi minimuma çatıb – 1 dolların məzənnəsi 37 lirəni keçib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, İstanbul Birjasının indeksi 6,87% geriləyib. Səbəb kimi İstanbulun müxalifətçi meri korrupsiya ittihamı ilə həbs edilməsi göstərilir.
Vurğulayaq ki, hadisə ölkədə siyasi gərginliyin artdığı bir vaxtda baş verir və bazarlarda qeyri-müəyyənliyə səbəb olub. İqtisadçılar və investorlar prosesləri yaxından izləyir.
Fatimə Məmmədova
13:52 19.03.2025
Oxunuş sayı: 797