Reuters: “İran “Ənsarullah”dan gərginliyi azaltmağı istəyir”

Adlarının açıqlanmasını istəməyən iki İran rəsmisi “Reuters” agentliyinə bildirib ki, İslam Respublikası keçən cümə günü Tehrandakı “Ənsarullah” nümayəndəsinə (husilər) mesaj göndərərək onlardan bölgədəki gərginliyin səviyyəsini azaltmağı istəyib.
Crossmedia.az-ın İran mənbəsinə istinadən verdiyi məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçı da ötən həftə Maskatda keçirdiyi görüşdə omanlı həmkarından husilərə oxşar mesajı çatdırmasını xahiş edib.
Xəbər agentliyi bildirib ki, husilər ABŞ-nin hərbi təzyiqi və ya İran da daxil olmaqla müttəfiqlərinin tələbləri səbəbindən Qırmızı dənizdə İsrail gəmilərinə hücumlarını dayandırmayacaq.
10:18 19.03.2025
Oxunuş sayı: 829