Zelenski Tramp-Putin danışığına münasibət bildirdi
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığını şərh edib.
Crossmedia.az xəbər verir ki, Zelenski Rusiyanın dəyişməyən mövqeyinə diqqət çəkərək bunları bildirib:
"Ukrayna sülhü dəstəkləyir, lakin əgər Rusiya əvvəlcə danışıqlar aparıb sonra Slavyanskı bombalayacaqsa, biz cavab verəcəyik. Onların məqsədi dəyişməyib – mobilizasiya olmasın, Ukraynaya yardım dayansın ki, sonra hücum edə bilsinlər. Əsir mübadiləsi? Bu, əvvəlcədən planlaşdırılmışdı, yeni heç nə yoxdur".
"Ümid edirəm ki, prezident Tramp Putinə lazımi addımlarla bağlı maksimum təzyiq göstərəcək. Ola bilsin ki, bu addımlar ardıcıl olsun. Amma dəqiq bilmirəm.
Putin daim mobilizasiya və silah məsələsini qaldırır. Bunun arxasında nə dayanır? Ukrayna ordusunu zəiflətmək cəhdi. Bu, müharibənin əvvəlindən onun ultimatumuydu. Sözlərini dəyişir, amma mahiyyət eyni qalır".
Fatimə Məmmədova
09:33 19.03.2025
Oxunuş sayı: 960