Ekrem İmamoğlu saxlanılıb

İstanbul meri Ekrem İmamoğlu saxlanılıb. Bu barədə “Sözcü” məlumat yayıb.
Bildirilib ki, türkiyəli siyasətçi ilə yanaşı onun mətbuat müşaviri Murat Onqun da saxlanılıb. Merin evində axtarış aparılır.
Crossmedia.az xəbər verir ki, İstanbul Polis İdarəsinin yerləşdiyi Vətən küçəsinə gedən yollar və metro stansiyaları “təhlükəsizlik tədbirləri” səbəbindən bağlanıb.
Jurnalist və iş adamlarının da olduğu 100-ə yaxın həbs qərarı olduğu bildirilir.
Əməliyyat “şəhər konsensusu və terror” istintaqı daxilində həyata keçirilir.
Hazırda Türkiyədə sosial şəbəkə istifadəçiləri Instagram və X-ə daxil olanda problem yaşadıqlarını bildirirlər.
"Cinayət təşkilatının lideri olduğu şübhəli Ekrem İmamoğlu, Murat Ongun, Tuncay Yılmaz, Fatih Keleş, Ertan Yıldız və bu şəxslərlə əlaqəsi olan 95 şübhəli də daxil olmaqla ümumilikdə 100 nəfər saxlanılıb" - İstanbul Prokurorluğu.
08:34 19.03.2025
Oxunuş sayı: 1058