Leyla Əliyevanın şeirləri əsasında hazırlanmış tamaşanın premyerası keçirilib







Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Leyla xanım Əliyevanın şeirləri əsasında hazırlanmış “Sevgi haqqında” kiçik ədəbi-poetik tamaşanın premyerası baş tutub.
Bu barədə Mədəniyyət Nazirliyindən Crossmedia.az-a məlumat verilib.
Tamaşanın rejissoru Raul Türkkan, xoreoqraf isə Azərbaycanın Əməkdar artisti Nigar Rzayevadır.
Gecənin rəsmi hissəsini mərkəzin direktoru Anna İbrahimbəyova açıb. O, çıxışında gecənin əhəmiyyətini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Maqsud İbrahimbəyovun 90 illik yubileyinin qeyd edilməsi ilə bağlı bu gün Sərəncam imzalamasını xatırladıb.
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Diasporalarla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin deputatı Hicran Hüseynova, əməkdar incəsənət xadimi Cahangir Səlimxanov, əməkdar artist Oleq Əmirbəyov və mədəniyyət sahəsinin digər nümayəndələri tədbirin qonaqları arasında yer alıblar.
08:44 14.02.2025
Oxunuş sayı: 7695