ABŞ uzunmüddətli nəzarətə başlayacaq
ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benjamin Netanyahu ilə keçirdiyi danışıqlardan sonra Qəzza haqqında bəzi mühüm açıqlamalar edib.
Crossmedia.az xarici KİV-ə istinadən həmin məsələləri diqqətə çatdırır:
1. ABŞ Qəzzaya uzunmüddətli və "sahiblik" mövqeyində gələcək, burada ABŞ ordusunun iştirak etməsi də mümkündür.
2. Qəzza regionunda “nəzarət altına alınacaq” ərazilərdə partlamamış mərmilər zərərsizləşdiriləcək, dağıdılmış binaların yerində yenidən qurulma işləri aparılacaq.
3. Tramp bu bölgənin "Yaxın Şərq Rivierası" kimi inkişaf etməsi potensialına malik olduğunu vurğulayıb.
4. Yeni Qəzza beynəlxalq bir bölgə olaraq qəbul ediləcək və burada Fələstinlilər də daxil olmaqla bütün dünya təmsil olunacaq.
5. Misir və İordaniya keçmiş Qəzza sakinlərini qəbul etməyə razılaşacaqlar.
6. ABŞ girovların azad edilməməsi halında daha sərt addımlar atacağını bildirib.
7. ABŞ İsrailə 1 milyard dollar dəyərində silah tədarükünə qoyulmuş embarqonu ləğv edib.
8. Tramp İsrailin İordan çayının qərb sahilində suverenliyi məsələsini müzakirə etməyə davam edəcəyini bildirib.
Qeyd edək ki, bu açıqlamalar ABŞ-nin Qəzzadakı mövqeyinin güclənməsi və regionda sabitlik yaratmaq məqsədini güddüyünü göstərir.
Fatimə Məmmədova
14:50 05.02.2025
Oxunuş sayı: 640