Peskov: Putinlə Tramp Orbanın namizədliyini müzakirə etməyib
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Viktor Orbanın BMT Baş katibi vəzifəsinə mümkün namizədliyini müzakirə etməyiblər.
Crossmedia.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə məlumat verib.
Onun sözlərinə görə, iki lider arasında telefon danışığında Macarıstanın Baş naziri Viktor Orbanın BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi məsələsi gündəmə gətirilməyib.
14:13 27.10.2026
Oxunuş sayı: 49