Mirzoyan: TRIPP Azərbaycan vasitəsilə üçüncü ölkələrlə əlaqələr qurmağımıza imkan verəcək
"Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin reallaşdırılması Ermənistana Azərbaycanın ərazisi və infrastrukturu vasitəsilə üçüncü ölkələrlə əlaqələr yaratmağa imkan verəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
A.Mirzoyan qeyd edib ki, proqramın əhəmiyyəti iqtisadi faydalarla məhdudlaşmır. Onun qiymətləndirməsinə görə, Ermənistan, Azərbaycan və üçüncü ölkələr arasında iqtisadi əlaqələrin inkişafı həm də sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verə bilər.
13:35 27.10.2026
Oxunuş sayı: 149