Fransanın təyyarədaşıyan gəmisində lazer silahı sınaqdan keçirilib
Fransa Hərbi Dəniz Qüvvələrinin “Charles de Gaulle” təyyarədaşıyan gəmisində pilotsuz uçuş aparatlarına qarşı lazer silahı sınaqdan keçirilib.
Crossmedia.az xəbər verir ki, Fransa Hərbi Dəniz Qüvvələrinin rəsmi nəşri olan “Cols bleus” jurnalı bu barədə məlumat yayıb.
Bildirilib ki, sınaqlar 2026-cı il iyunun 4–8-də təyyarədaşıyan gəmidə həyata keçirilib.
Nəşrin dərc etdiyi fotoşəkillərə əsasən, sınaqdan keçirilən qurğunun “HELMA-P” lazer sistemi ola biləcəyi ehtimal edilir. Lakin sistemin modeli rəsmi şəkildə açıqlanmayıb.
Qeyd edək ki, “HELMA-P” sistemi 2023-cü ildə Fransanın “Forbin” freqatında da sınaqdan keçirilib.
Həmin sınaqlar zamanı sistemin uçuş çəkisi 25 kiloqrama qədər olan pilotsuz uçuş aparatlarını yüksək dəqiqliklə zərərsizləşdirmək imkanına malik olduğu nümayiş etdirilib.
Sistemin elan olunmuş effektiv təsir məsafəsi 1 kilometrə qədərdir.
Son sınaqların məqsədi lazer silahının hərbi gəmi şəraitində tətbiq imkanlarını qiymətləndirmək olub. Təyyarədaşıyan gəmidə keçirilən sınaq zamanı pilotsuz uçuş aparatlarının məhv edilib-edilmədiyi açıqlanmayıb.
14:21 27.10.2026
Oxunuş sayı: 52