Xersonda atəşkəs elan edilib
Xerson istiqamətində tətbiq edilən atəşkəs rejiminin pozulması barədə məlumat daxil olmayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə açıqlama verib.
O bildirib ki, Rusiya Baş Qərargahının məlumatına əsasən, oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan Oleşki şəhəri yaxınlığında humanitar missiya ilə əlaqədar atəşkəs rejimi qüvvəyə minib.
Peskovun sözlərinə görə, hazırda atəşkəsin pozulması ilə bağlı məlumat yoxdur.
13:53 27.10.2026
Oxunuş sayı: 51