İspaniyada həftəlik iş saatı AZALIB
İspaniyada həftəlik iş saatı 40-dan 37,5 saata endirilib.
Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir ki, işəgötürənlərin müqavimətinə baxmayaraq, qərar Nazirlər Kabinetinin fevralın 4-də keçirilən iclasında qəbul edilib.
Qərarın gündə yarım saat az işləyəcək ispanların maaşlarına heç bir təsirinin olmayacağı bildirilib.
İspaniya Baş nazirinin müavini Yolanda Dias bu qərarın İspaniyanın modernləşməsinə töhfə verəcəyini deyib.
14:41 05.02.2025
Oxunuş sayı: 585