Xameneyi bu şəxsi özünün Livandakı nümayəndəsi təyin edib
Ayətullah Seyid Əli Hüseyn Xameneyi Hizbullah liderini özünün Livandakı nümayəndəsi təyin edib.
Crossmedia.az “Didban Iran"-a istinadən xəbər verir ki, Hizbullahın baş katibi Nəim Qasım İranın ali rəhbəri Əli Xameneyinin Livandakı nümayəndəsi təyin olunub. Xameneyi bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, əvvələr bu vəzifədə Hizbullahın öldürülən rəhbəri Həsən Nəsrullah olub.
14:30 05.02.2025
Oxunuş sayı: 448