CROSSMEDIA - Pezeşkian: “Son prezident seçkilərində əhalinin 50 faizi iştirak etməyib”
Xarici xəbərlər

Pezeşkian: “Son prezident seçkilərində əhalinin 50 faizi iştirak etməyib”

İran prezidenti Məsud Pezeşkianın sözlərinə görə, bir vaxtlar xalqın 98%-i İslam İnqilabını dəstəkləsə də, indi hökuməti istəmir.

Crossmedia.az xarici KİV-ə istinadən bu barədə xəbər verir.

Pezeşkian bildirib ki, son prezident seçkilərinə əhalinin 50%-i qatılmayıb.

“Xalq niyə bizdən narazıdır? Biz insannlara xidmət etmək istəmirik? Xaricdə İranın zəiflədiyini və ən pis vəziyyətdə olduğunu, eyni zamanda düşmənlərin İrana zərbə vura biləcəklərini deyirlər. Onlar fikir ayrılığı yaratmağa çalışırlar ki, insanlar etiraza qalxsınlar”, - deyə, Pezeşkian vurğulayıb. 

Hökumət başçısının sözlərinə görə, “düşmən etirazlardan sui-istifadə etməyə çalışır”. O, ölkədə insanların problemlərini həll etməyə borclu olduqlarını bildirib.

14:23 05.02.2025

Oxunuş sayı: 403

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR