Türkiyənin hərbi bazaları yerləşdiriləcək - SURİYADAN TƏKLİF
Suriyanın yeni lideri Ərdoğana ölkədə Rusiya deyil, Türkiyə hərbi bazalarını yerləşdirməyi təklif edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Ankarada danışıqlar zamanı Suriyanın yeni prezidenti Əhməd əş-Şaraa Suriya-Türkiyə müdafiə paktını müzakirə edib.
Buraya Suriyanın mərkəzində Türkiyə Hərbi Hava Qüvvələri bazalarının yaradılması da daxildir. Türkiyəli təlimatçılar həmçinin Suriyanın yeni ordusu üçün əsgər hazırlayacaq.
Eyni zamanda Suriya höküməti Tartus bazasının Rusiya əvəzinə Türkiyə tərəfindən istifadə edilməsinə maraqlıdır.
14:08 05.02.2025
Oxunuş sayı: 392