Hava şəraiti yağmursuz keçib

Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Crossmedia.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Sumqayıt, Binə, Şəmkir, Şamaxı, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvarda duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.
09:14 04.02.2025
Oxunuş sayı: 2868