CROSSMEDIA - Türkiyə Suriyada hərbi baza qurmağa hazırlaşır
Dünya

Türkiyə Suriyada hərbi baza qurmağa hazırlaşır

Türkiyə yaxın gələcəkdə Suriyada iki hərbi baza inşa etməyi və həmin bazalarda F-16 qırıcılarını yerləşdirməyi planlaşdırır.Crossmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara və Dəməşq arasında ortaq müdafiə sazişi imzalanır. Müqaviləyə əsasən, Türkiyə gözlənilməz təhdidlər zamanı Suriya hökumətinə dəstək verəcək.

Bundan əlavə, Türkiyə qüvvələrinin suriyalı hərbçilərə təlim keçəcəyi və ölkəyə 50 ədəd F-16 qırıcısı yerləşdirəcəyi planlaşdırılır.

Məlumata görə, Suriya ərazisinin bir hissəsinə nəzarət edən silahlı qruplar Türkiyədən pilotsuz uçuş aparatları və elektron döyüş radarlarının tədarükü üçün müraciət ediblər.

Bu arada, İsrail rejimi Suriyanın hərbsizləşdirilmiş zonasında öz hərbi bazasını tikməkdə davam edir. Bundan əvvəl isə ABŞ Suriya ərazisində bir neçə hərbi baza qurmuşdu.

16:07 03.02.2025

Oxunuş sayı: 564

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR