ABŞ: Hörmüz boğazına İran deyil, biz nəzarət edirik
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazına və ətraf sulardakı vəziyyətə ABŞ qüvvələrinin və regional tərəfdaşlarının nəzarət etdiyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, CENTCOM bu barədə rəsmi açıqlama yayıb.
Bəyanatda bildirilib ki, Yaxın Şərqdə yerləşdirilən ABŞ hərbi qüvvələri Hörmüz boğazında və ona bitişik sularda fəaliyyətlərini davam etdirir, yüksək hazırlıq vəziyyətini qoruyurlar. Komandanlığın rəhbəri ötən həftəsonu bölgədəki vəziyyəti əyani şəkildə nümayiş etdirib.
“Beynəlxalq su yoluna ABŞ qüvvələri və onların regional tərəfdaşları nəzarət edir, İran deyil”, – deyə açıqlamada vurğulanıb.
21:55 27.10.2026
Oxunuş sayı: 53