Husilər Səudiyyə Ərəbistanına məxsus iki hərbi nəqliyyat təyyarəsini vurduqlarını iddia ediblər
Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanına məxsus iki hərbi nəqliyyat təyyarəsini vurduqlarını açıqlayıblar.
Crossmedia.az xəbər verir ki, hərəkatın silahlı qüvvələrinin nümayəndəsinin bəyanatında bu barədə məlumat verilib.
Bəyanata görə, raketlərdən birincisi Nəcran hava limanında, ikincisi isə Xamis-Muşayt şəhərində yerləşən Kral Xalid aviabazasında hədəfi vurub.
Husilər hər iki əməliyyatın qarşıya qoyulan məqsədlərə çatdığını iddia ediblər. Hadisə ilə bağlı Səudiyyə Ərəbistanı tərəfindən açıqlama verildiyi barədə məlumat yoxdur.
21:41 27.10.2026
Oxunuş sayı: 47