Lavrov: Avropalılar Ukrayna danışıqlarına qoşulmağa çalışırlar
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa ölkələrinin Ukrayna üzrə danışıqlar prosesinə qoşulmağa çalışdıqlarını, lakin onların yanaşmasında yeni heç nə olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, Lavrov bu barədə Rusiya Prezidenti Vladimir Putinin Norveç və Finlandiya liderləri ilə telefon danışığını şərh edərkən danışıb.
Rusiya XİN rəhbəri Avropa ölkələrinin danışıqlar prosesində iştirak etmək cəhdlərini tənqid edib və onların mövqeyində yeni yanaşmanın olmadığını vurğulayıb.
22:38 27.10.2026
Oxunuş sayı: 52