ABŞ Konqresində Ukraynaya silah tədarükünün asanlaşdırılması təklif olunur
ABŞ Konqresində müttəfiq ölkələrin Amerika silahlarını üçüncü dövlətlər vasitəsilə Ukraynaya ötürməsini asanlaşdıran qanun layihəsi təqdim edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Radio Free Europe”un Vaşinqton üzrə baş müxbiri Aleks Raufoğlu məlumat verib.
Qanun layihəsini üç demokrat və üç respublikaçı olmaqla altı konqresmen irəli sürüb. Təşəbbüsün məqsədi silah tədarükü zamanı yaranan bürokratik maneələri aradan qaldırmaqdır.
Təklif ABŞ-ın silah ixracını tənzimləyən qanuna dəyişiklik edilməsini nəzərdə tutur. Hazırda ABŞ-dan silah alan ölkələr Vaşinqtonun icazəsi olmadan həmin silahları üçüncü dövlətlərə ötürə bilməzlər.
Qanun layihəsinin müəllifləri müttəfiq ölkələrin Ukraynaya verdiyi müəyyən növ silahlar üçün bu icazə tələbini ləğv etməyi təklif edirlər.
Təşəbbüsün qəbul edilməsi ABŞ Prezidenti Donald Tramp administrasiyasının belə tədarükləri gecikdirmək imkanlarını məhdudlaşdıra bilər.
22:48 27.10.2026
Oxunuş sayı: 54