Ərdoğan Makronu COP31 sammitinə dəvət edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb. Tərəflər ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə yayılan məlumatda bildirilib.
Danışıq zamanı Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni baş katibinin seçilməsi məsələsinə xüsusi diqqət yetirilib. Ərdoğan gələcək baş katibin BMT-nin çoxtərəfli əməkdaşlıq mərkəzi kimi rolunu bərpa etmək və səmərəli islahatlar aparmaq üçün lazımi təcrübə və baxışa malik olmasının vacibliyini vurğulayıb.
Türkiyə Prezidenti, həmçinin Makronu Türkiyədə keçiriləcək COP31 liderlər sammitinə dəvət edib. Fransa Prezidenti isə Ərdoğanı Respublika Günü münasibətilə təbrik edib.
23:31 27.10.2026
Oxunuş sayı: 46