İsveçin Baş naziri Putinlə telefon danışığının sülhə gətirəcəyinə şübhə ilə yanaşır
İsveçin Baş naziri Ulf Kristersson Rusiya Prezidenti Vladimir Putinin Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışığının Ukraynada sülhə yaxınlaşmağa kömək edəcəyinə şübhə ilə yanaşdığını bildirib.
Crossmedia.az xəbər verir ki, Ulf Kristersson bu barədə açıqlama verib.
“Əgər danışıqlar sülhlə nəticələnsə, bu, yaxşıdır. Lakin mənim təcrübəmə görə, əvvəlki müzakirələrin, məsələn, Almaniya və Fransanın iştirakı ilə keçirilən danışıqların nəticələri çox məhdud olub.
Rusiyanın hər gün döyüş meydanında etdiklərinə baxsaq, onun sülhə can atdığını göstərən heç nə görmürəm. Rusiya Ukraynanı ram etməyə çalışır”, – deyə Kristersson bildirib.
21:51 27.10.2026
Oxunuş sayı: 60