Netanyahu: Seçkiləri bizdən oğurlamağa çalışırlar
İsrailin Baş naziri Benyamin Netanyahu ərəb icmalarında seçici fəallığının yüksək olmasından danışaraq tərəfdarlarını səsverməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, “The Times of Israel” bu barədə məlumat yayıb.
Netanyahu bildirib ki, ölkənin cənubundakı ərəb icmaları arasında seçici fəallığı yüksəkdir və o, öz tərəfdarlarının da səsvermədə fəal iştirak etməsini istəyir.
O, mübarizəni İsrail dövlətinin mövcudluğuna son qoymaq istədiyini iddia etdiyi solçu qüvvələrin və ərəb partiyalarının öhdəsinə buraxa bilməyəcəklərini vurğulayıb.
Baş nazir seçiciləri səsverməyə gedərək “Likud” partiyasına dəstək verməyə çağırıb.
21:16 27.10.2026
Oxunuş sayı: 62