Dövlət Baxçalı: Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Azərbaycan-Türkiyə qardaşlığının siyasi məsələlərdən üstün olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Baxçalı bu barədə açıqlama verib.
O qeyd edib ki, türk dünyasında fikir ayrılıqlarının dərinləşməsinə və ixtilafların daimi parçalanmaya çevrilməsinə imkan verilməməlidir.
Baxçalının sözlərinə görə, türk dünyasının gücü qarşılıqlı etimadda, müstəqilliyə hörmətdə və ortaq məqsədlər ətrafında birliyin qorunmasındadır.
21:11 27.10.2026
Oxunuş sayı: 69