CROSSMEDIA - ABŞ Qəzzaya muzdlu əsgərlər göndərir
Dünya

ABŞ Qəzzaya muzdlu əsgərlər göndərir

ABŞ nəzarət-buraxılış məntəqələrinə nəzarət etmək üçün Qəzzaya muzdlu əsgərlər göndərir.Crossmedia.az Reuters-ə istinadən xəbər verir ki,  ABŞ-də yerləşən özəl hərbi şirkət "UG Solutions", İsrail və HƏMAS arasında atəşkəs dövründə Qəzzada təhlükəsizlik xidmətini təmin etmək üçün xüsusi təyinatlı veteranları işə götürməyə başlayıb.

Təxminən 100 amerikalı muzdlu əsgər yüksək riskli bölgədə təhlükəsizliyin təmin edilməsinə cəlb olunacaq. Onlara 10.000 dollar avans ödəniləcək, gündəlik maaşları isə 1100 dollar olacaq.

Məlumata görə, artıq bəzi muzdlular Qəzza zolağına gəlib və onların fəaliyyətinin birbaşa ABŞ və müttəfiqlərinin maraqlarını qorumağa xidmət edəcəyi bildirilir.

16:05 03.02.2025

Oxunuş sayı: 534

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR