CROSSMEDIA - Yararsız meyvə suları məhv edilib
Sağlamlıq

Yararsız meyvə suları məhv edilib

  • Rusiya və İrandan idxal olunan bir sıra istehlaka yararsız məhsullar məhv edilib.

  • Crossmedia.az xəbər verir ki,  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

  • Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində "Rəvan Commers" MMC-nin Rusiyadan idxal etdiyi “Multon Partners” müəssisəsinin istehsalı olan meyvə şirəsi, “Müstəqil Seymur” şirkətinin İrandan idxal etdiyi “Bazargani Mobin Artin Nikan” müəssisəsinin istehsalı olan ərik qurusundan Agentliyin müfəttişləri nümunələr götürüb.

  • Müayinələr nəticəsində məhsul partiyalarının normativ tələblərə cavab vermədiyi müəyyən olunub.

  • Faktla bağlı müvafiq qərar qəbul edilərək istehlaka yararsız 786 litr meyvə şirəsi, 1500 kq ərik qurusu məhv edilib.

16:08 31.01.2025

Oxunuş sayı: 549

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR