Quş qripi təhlükəsi: bu məhsulların idxalına qadağa qoyuldu
- Macarıstanın Zala bölgəsində xırdabuynuzlu heyvanların taun, Polşanın Varminsko-Mazursk inzibati ərazisində blutanq, Liviyanın Zəviyə dairəsində dabaq, Nigeriyanın Plato ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
- Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
- Bildirilib ki, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Zala bölgəsindən, Varminsko-Mazursk inzibati ərazisindən, Zəviyə dairəsindən iri və xırdabuynuzlu heyvanların, habelə onlara aid məhsulların, Plato ştatından isə quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
- Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
16:08 30.01.2025
Oxunuş sayı: 1553