Zelenski Trampın 24 saata müharibəni bitirmək vədini xatırladıb
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini 24 saat ərzində başa çatdıracağına dair əvvəlki vədini xatırladıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Ukrayna liderinin sözlərinə görə, Tramp prezident seçilməzdən əvvəl onunla söhbətində müharibəni qısa müddətdə dayandıracağını bildirib.
“Prezident Tramp mənə demişdi: ‘Prezident olanda bu müharibəni 24 saata bitirəcəyəm’, yaxud buna bənzər bir ifadə işlətmişdi”, – deyə Zelenski bildirib.
O, Trampa verdiyi cavabı da xatırladıb:
“Mən ona dedim: ‘Allah sizə kömək olsun, amma bu, çətin olacaq. Çünki Putin həmişə müharibəni bitirmək istədiyini göstərəcək, lakin əslində bizi öldürmək, məhv etmək və ərazilərimizi işğal etmək istəyir’”.
Zelenski bununla Rusiyanın müharibəni dayandırmaq niyyətinə şübhə ilə yanaşdığını ifadə edib.
16:20 21.11.2026
Oxunuş sayı: 42