Tramp: ABŞ İrana qarşı böyük səbir nümayiş etdirir
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla münasibətlərdə təmkinli davrandığını və böyük səbir nümayiş etdirdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Fox News” telekanalı bu barədə məlumat yayıb.
“Biz çox yaxşı davranırıq. Səbir nümayiş etdiririk, özü də böyük səbir”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti noyabrın 20-də Ağ Evdə jurnalistlərə açıqlamasında İranla mümkün razılaşma məsələsinə də toxunub.
Onun sözlərinə görə, Tehran Vaşinqtonla razılaşma əldə etmək istəyir, lakin ABŞ-nin qəbul edə biləcəyi şərtlərə hələ razılıq verməyib.
Tramp İranla bağlı qərar qəbul etməyə tələsmədiyini də bildirib.
11:19 21.11.2026
Oxunuş sayı: 88