Albaniya parlamentində deputatlar əlbəyaxa oldular
Albaniyada hökumət əleyhinə kütləvi etirazlar fonunda parlamentdə müxalifət və hakim partiyanın deputatları arasında əlbəyaxa dava baş verib.
Crossmedia.az xəbər verir ki, İspaniyanın “Cadena SER” radiostansiyası bu barədə məlumat yayıb.
Oktyabrın 22-də keçirilən parlament iclasında müxalifət deputatları Baş nazir Edi Ramanın istefasını tələb ediblər. Tərəflər arasında başlayan mübahisə fiziki qarşıdurmaya çevrilib, zalda stullar atılıb.
Hadisə paytaxt Tiranada hökumət əleyhinə davam edən etiraz aksiyaları fonunda baş verib.
Son günlər nümayişçilərlə polis arasında toqquşmalar qeydə alınıb. Etirazçılar təhlükəsizlik qüvvələrinə daş və digər əşyalar atıblar. Polis isə gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Aksiyaların əsas səbəbləri arasında korrupsiya iddiaları, işsizlik və hökumətin siyasətindən narazılıq göstərilir.
Baş nazir Edi Rama isə istefa vermək niyyətində olmadığını bildirib.
18:01 22.10.2026
Oxunuş sayı: 62