Bakıda xüsusi qərargahlar yaradılacaq - BŞİH
Qış mövsümündə qar yağması Bakıda nəqliyyatın hərəkəti və kommunal xidmətlərin fəaliyyəti baxımından əlavə hazırlıq tələb edir. Xüsusilə yolların qardan təmizlənməsi, buzlaşmanın qarşısının alınması və şəhər infrastrukturunun normal fəaliyyətinin təmin edilməsi vacib məsələlərdəndir. Bəs paytaxtda qar yağacağı təqdirdə hansı tədbirlər görüləcək?
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən Crossmedia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, şəhərin kommunal xidmət strukturları xüsusi təyinatlı texnikalarla təmin olunub.
“Bakı şəhərinin kommunal xidmət strukturları xüsusi təyinatlı müxtəlif texnika ilə təmin olunublar. Qar yağdığı təqdirdə bu istiqamətdə müvafiq işlərin aparılması təmin ediləcək. Şəhər müvafiq cavabdeh ərazilərə bölünərək hər bir ərazi üzrə məsul şəxslər müəyyənləşdiriləcək, onlar arasında vəzifə bölgüsü aparılacaq. Həmçinin qar yağdığı təqdirdə paytaxt rayonlarında bununla bağlı xüsusi qərargahlar yaradılacaq”, - deyə departamentdən bildirilib.
Nigar Xəlilli
18:55 22.10.2026
Oxunuş sayı: 53