Vens: Rusiya və Ukrayna danışıqlara razılaşıb
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Rusiya və Ukraynanın danışıqlar masasına oturmağa razılıq verdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, "Axios" bu barədə məlumat yayıb.
Jurnalist Vensdən soruşub ki, Ukrayna dəfələrlə dialoqa hazır olduğunu bildirdiyi, Rusiyanın isə buna razılıq vermədiyi halda, Vaşinqton bu dəfə danışıqların nəticə verəcəyinə niyə inanır.
Cey Di Vens cavabında hər iki ölkənin danışıqlara başlamağa razılaşdığını deyib.
“Düşünürəm ki, hər iki ölkə danışıqlar masasına oturmağa razılaşıb”, – deyə ABŞ-nin vitse-prezidenti bildirib.
18:44 22.10.2026
Oxunuş sayı: 47