Klinton Trampı Ukraynaya xəyanətdə ittiham etdi
ABŞ-nin sabiq prezidenti Bill Klinton Donald Trampı Ukraynaya dəstəkdən imtina etməkdə və Rusiya Prezidenti Vladimir Putinin tərəfini tutmaqda ittiham edib.
Crossmedia.az xəbər verir ki, Klinton bu barədə açıqlamasında ABŞ administrasiyasının xarici siyasətini tənqid edib.
Sabiq prezident Vaşinqtonun müttəfiqlərinə münasibətindən narazılığını ifadə edərək Trampın Ukrayna ilə bağlı mövqeyini sərt tənqid edib.
“Müttəfiqlərimizə sanki heç bir əhəmiyyətləri yoxmuş kimi davranmağımızdan bezmişəm. Ötən həftə Prezident Tramp nəhayət, hələ ilk prezidentlik kampaniyası zamanı hədələdiyi addımı atdı – Ukraynanı tərk etdi və yenidən Vladimir Putinin tərəfinə keçdi”, – deyə Klinton bildirib.
Qeyd edək ki, Tramp administrasiyasının son dövrlərdə Rusiya ilə bağlı qəbul etdiyi qərarlar ABŞ-da həm demokratların, həm də bəzi respublikaçıların tənqidinə səbəb olub.
17:58 22.10.2026
Oxunuş sayı: 57