Füzulidə Türkmənistanın inşa etdiyi məscid nə vaxt açılacaq?
Türkmənistanın Füzuli şəhərində inşa etdiyi məscidin açılış mərasiminin 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində keçirilməsi planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmət Elyasov Bakıda ölkəsinin Müstəqillik Gününün 35-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.
Səfir Arkadağ və Füzuli şəhərləri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasını qeyd edib. O, birgə təşəbbüslərin və irimiqyaslı layihələrin iki xalq arasındakı dostluğun möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.
“Hazırda daha bir mühüm layihə – Füzuli şəhərində məscid tikintisi həyata keçirilir. Məscidin açılış mərasiminin bu ilin sonunda və ya gələn ilin əvvəlində keçirilməsi planlaşdırılır”, – deyə Qurbanməmmət Elyasov bildirib.
Qeyd edək ki, oktyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və digər dövlət və hökumət başçıları Türkmənistanın Füzulidə inşa edəcəyi məscidin təməlqoyma mərasimində onlayn formatda iştirak ediblər.
20:26 13.10.2026
Oxunuş sayı: 50